15 il əvvəlki terrorun detalları ifşa edildi

Sionist rejimin bir analitiki yazdığı kitabda İmad Muğniyyənin terror faktlarını ifşa edib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə Yusi Milmən yazdığı bir kitabda o vaxtın baş naziri İhud Olmertin Corc Buşdan aldığı yaşıl işıq əlaməti ilə İmad Muğniyyənin terror edilməsinə dair faktların detallarını ifşa edib.

Hac Rizvad adı ilə məşhur olan İmad Muğniyənin Dəməşqdəki terrorundan 15 il keçməsinə rəğmən hələ də Livan Huzbullahının baş komandanının aradan götürülməsini üzərinə götürməyən sionist rejimin hərbi analitiki qaranlıq məqamların üzərindəki pərdəni götürüb.

Yusi Milmən bu kitabda Qüds işğalçıları ilə ABŞ-ın sıx əməkdaşlıqları zəminində faktlara işarə edərək ümumiyyətlə Yaxın Şərqdə baş verən terrorlar barədə deyib: Şəxsiyyətlərin terror edilməsində birinci və sonuncu sözü Vaşinqton deyərdi.

Hal-hazırda Haartez-də işləyən Y.Milmən kitabında yazdıqlarının bəzi önəmli hissələrini bu qəzetdə də çap edərək İ.Muğniyənin fövqəladə bacarıqlarına işarə edərək yazır: Onun terror əmri Corc Buşun “ok” əlamətindən sonra birbaşa Mossad başçısı tərəfindən verildi. Terrordan sonra Mossad başçısı ilə İ.Olmert Vaşinqtona uçan təyyarədəykən C.Buşa zəng vurub əməliyyatın başa çatdığını xəbər verdilər.

Yazıçı kitabda həmçinin yazır: 2006-cı il Livanda 33 günlük müharibədən sonra İ.Muğniyəni təyyarədən atılan raketlə terror əməliyyatı uğursuz oldu. Amma 2008-də onu Dəməşqdə terrora məruz qoydular.

Milmən yazır: Muğniyənin sionist rejim əleyhinə planları inanılmaz dərəcədə bacarıqlı idi. Onun terroru üçün hazırlanmış bomba ABŞ-ın İordaniyadakı səfirliyi vasitəsilə Dəməşqə gətirilərək Mossad məmurlarına verilmişdi.

Xatırladaq ki, Livan Hizbullahının başçısı İmad Muğniyə 2008-ci il fevralın 12-də Dəməşqdə kirayələdiyi evə daxil olarkən Mossad tərəfindən terror edilib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur