138 hüquq təşkilatı Yəmən müharibəsinə son qoymağa çağırıb

QafqazTimes xəbər verir ki, 138 hüquqi və ictimai təşkilat müştərək bəyanat yayaraq Səudiyyə-Əmirlik koalisiyasının Yəməndəki müharibəsinə son qoymağa çağıb. Bəyanatda deyilir: “Səkkizinci ilinə qədəm qoyan və on minlərlə insanın həyatını itirməsinə səbəb olan bu müharibə yoxsulluq və müxtəlif xəstəliklərin genişlənməsinə gətirib çıxarmışdır. Bundan əlavə, Yəmənin bəzi hissələrinin, xüsusilə də “Sokotra” arxipelaqının işğalına səbəb olmuşdur.”

Əl-Məsirə-nin məlumatına görə, bəyanatda həmçinin bildirilir: “Yəmənə qarşı amansız müharibə bütün dünyanın gözü önündə və beynəlxalq ictimaiyyətin, ən əsası Birləşmiş Millətlər Təşkilatı və ona bağlı əksər təşkilatların sükutu qarşısında baş verir. Bu susqunluğun səbəbi Səudiyyə Ərəbistanı və BƏƏ-nin maliyyə yardımının dayandırılması qorxusudur.”

Yəmən hüquq təşkilatlarının statistikasına görə, indiyədək bu müharibədə 4000-i uşaq və 2500-ü qadın olmaqla 17200 nəfər həlak olmuş, 26900-dən çox insan yaralanmışdır.

Həmçinin 579,900 ev, 15 hava limanı, 400 xəstəxana və tibb mərkəzi, 16 liman, 680 market, 500 şəbəkə və rabitə marşrutu, 2000 hökumət mərkəzi, 400 fabrik, 11000 ticarət mərkəzi, 5000 yol və körpü, 500 məscid, eləcə də 180 ali təhsil mərkəzi, 250 turizm mərkəzi, 500 media mərkəzi, 1100 məktəb, 8300 kənd təsərrüfatı sahəsi, 136 idman mərkəzi, 477 heyvandarlıq ferması, 8483 nəqliyyat vasitəsi və 476 qayıq bu müharibədə məhv edilib.

Bəyanatda daha sonra dünyanın bütün azad düşüncəli insanları Yəməndəki müharibənin dayandırılması üçün səy göstərməyə çağırılıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya