Ənsarullah lideri Səudiyyə koalisiyasına xəbərdarlıq etdi: Fürsəti əldən verməyin!

QafqazTimes xəbər verir ki, bu həftə Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Mişat ölkənin silahlı qüvvələri tərəfindən bütün daxili və xarici cəbhələrdə birtərəfli üç günlük atəşkəs elan edildiyini xəbər verərək bildirib ki, Səudiyyə koalisiyası Yəmənə qarşı bütün hücumları və təcavüzü dayandırarsa, atəşkəs qəti olacaq. Üç gün davam edəcək atəşkəs bazar günü icra mərhələsinə daxil olub.

Bununla əlaqədar olaraq, Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi bu bazar ertəsi Səudiyyə koalisiyasına bu fürsəti əldən verməmələri ilə bağlı xəbərdarlıq edib və təcavüzkarların hərbi əməliyyatları dayandırmaq fürsətini əldən versələr, peşman olacaqlarını vurğulayıb.

Əl-Məsirə-nin məlumatına görə, o, yaxınlaşan müqəddəs Ramazan ayı ilə bağlı video çıxışında əlavə edib: “Biz təcavüz və mühasirənin qarşısını almaq üçün səylərimizi əsirgəməyəcəyik və mühasirənin davam etməsini qətiyyən qəbul etməyəcəyik.”

Əbdül Məlik əl-Husi Yəmənin işğalının səkkizinci ilinin “Üçüncü mühasirəni yarmaq” əməliyyatı ilə başladığını vurğulayaraq deyib: “Təcavüzkarların hücumları dayandırıb mühasirəni bitirməkdən başqa zərbələrdən qurtulmaq və bəladan xilas olmaq üçün heç bir yolu yoxdur!”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…