13 yaşlı uşaq avtobusdakı sərnişinləri xilas etdi – FOTO/VİDEO

ABŞ-də 13 yaşlı şagird böyük bir faciənin qarşısını alaraq məktəb yoldaşlarının həyatını xilas edib.

Hadisə Miçiqan ştatında baş verib.

Belə ki, məktəb avtobusunun sürücüsü sükan arxasında huşunu itirib, 7-ci sinif şagirdi Dillon Rivz özünü itirməyərək tez müdaxilə edib və avtobusu təhlükəsiz yerə çəkərək saxlayıb.

66 yoldaşının və sürücünün həyatını xilas edən Dillon ABŞ-də qəhrəman elan edilib.

Sürücünün hansı səbəbdən huşunu itirməsi barədə məlumat verilməyib.

Related posts

Afinada 2-ci dünya müharibəsindən qalmış yüzlərlə bomba tapıldı – FOTO

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçdu – VİDEO

14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı