13 aban – Amerika bütünün qırıldığı gün!

Qafqaztimes.com Aa.com.tr-ə istinadən xəbər verir: Amerika siyasətçiləri şəmsi təqvimlə 13 aban gününü (4 noyabr) ürək sıxıntısı ilə xatırlayır. Amma həmin gün İranda Dünya İmperializmi ilə Mübarizə Günü kimi əzəmətlə qeyd olunur. İranda İslam İnqilabının qələbəsindən sonra əslində casus yuvası rolu oynayan ABŞ səfirliyi nəzarətə götürüldü. İnqilabdan 9 ay sonra baş vermiş bu hadisə Amerikanın dünyadakı hakim imicini məhv etdi. İnqilab rəhbərliyi Vaşinqtonun İrandan qaçmış xain şah Pəhləviyə sığınacaq verməsinə etiraz edirdi. Şah 1979-cu il 16 yanvarda İranı tərk etdi. 10 fevralda inqilab qələbə çaldı. İran anti-amerika cəbhənin liderinə çevrildi. 4 noyabr günü inqilabçı tələbələr ABŞ səfirliyinə daxil olub əslində casusluq fəaliyyəti ilə məşğul olan 66 diplomatı həbs etdi. 19 noyabrda qadınlar və qaradərili əməkdaşlardan ibarət 19 nəfərlik qrup azad edildi. 1980-ci il 24 apreldə Amerikanın xüsusi hərbi əməliyyatla diplomatları azad etmək planı alt-üst oldu. Əməliyyat zamanı qum tufanı başladı, ABŞ vertolyotlarının  bir-biri ilə toqquşması nəticəsində 8 ABŞ hərbçisi öldü. İran 1981-ci il 20 yanvarda digər diplomatları azad etdi. Amerika şah dövründə silah üçün aldığı 20 milyard dolları bu gün də İrana geri qaytarmaq istəmir. İranın sonradan müxtəlif ölkələrdə bloklanmış pulları 120 milyard dollardan çoxdur.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı