10 metr dərinliyə düşən şəxsi belə xilas etdilər (Video izlə)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Rüstəm Rüstəmov küçəsində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qurumdan verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş Hüseynov Salman Ərzuman oğlu restoranın həyətyanı sahəsinə çəkilmiş hasarın üstündən yıxılaraq təxminən 10 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə S.Hüseynovu dərədən çıxarıb təcili tibbi yardım briqadasına təhvil verərək xilas ediblər.

Related posts

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO