10 il saxta pasportla Böyük Britaniyaya səfər edən şəxsin evindən silahlar tapıldı

10 il saxta pasportla Böyük Britaniyaya səyahət edən İrlandiya vətəndaşı məhkəmə önünə çıxarılıb.

Belə ki, 76 yaşlı Tomas Rayanın fırıldağı yeni pasport almağa cəhd edərkən üzə çıxıb.

Bundan əlavə, T.Rayanın evində aparılan axtarış zamanı tapança və pnevmatik tüfəng də tapılıb.

Rayan məhkəmədə bütün ittihamları etiraf edib.  Ona doqquz ay şərti həbs cəzası verilib.  

Hakim bildirib ki, cəza kəsərkən Rayanın yaşını və səhhətini nəzərə alıb.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO