Əsir düşən hərbçilərimiz İrəvana belə aparıldı – FOTO

Ermənistan mediası Teleqram kanallarına istinadla iki azərbaycanlı əsgərin əsir düşdüyü haqda məlumat yayıb.
 

Teleqram kanallarında Azərbaycan əsgərinin formasında olduğu görünən əli skoçla bağlanmış iki əsgərin maşında fotosu da paylaşılıb.
Onların İrəvana aparıldığı iddia edilib.
Ədalətli Ermənistan Partiyasının lideri Norayr Norikyan da iki azərbaycanlı əsgərin əsir götürüldüyünü bildirib. Onun sözünə görə, hadisə 18 dekabrda, Cermux istiqamətində olub. Əsir götürülənlərdən birinin kapitan rütbəsu daşıdığı iddia edilib.Ermənistan MN hadisəni şərh etməyib.

Xatırladaq ki, Azərbaycan bu gün 16 noyabrda əsir götürülən daha 10 erməni əsgəri geri qaytarıb. Bunun qarşılığında dünən əsir götürüldüyü iddia edilən iki azərbaycanlı hərbçinin geri verilib-verilmədiyi bilinmir.
Azərbaycan MN hadisə ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb.

Related posts

Xalqa xidmət yolunda şəhadət

Azərbaycanda günəbaxan tumu firmasının paketinin içindən siqaret kötüyü çıxdı – VİDEO

Bakıda tıxacdan çıxmaq üçün qeyri-adi üsul seçən sürücü cəzalandırıldı – FOTO/VİDEO