Əsgər 60 min avro aldı!

QafqazTimes.com Novosti-n.org-a istinadən xəbər verir: İrlandiyada 19 yaşlı əsgər xanım Ayof Berk Müdafiə Nazirliyindən 60 min avro kompensasiya alıb. Əsgər Sliv-Blum dağlarında gecə təlimləri zamanı silahın üstünə yıxılıb və yaralanıb! Məhkəmə əsgərin şikayəti əsasında araşdırma aparıb və Müdafiə Nazirliyini cərimələyib: 60 min avro! Şahidlər deyib ki,  əsgər çadırdan çıxan zaman trosa ilişib və üzü üstə silahın üstünə yıxılıb. Hadisə zamanı onun burnu və sağ qaşı yaralanıb. Hakim Kuinn qərara gəlib ki, yeni əsgər evakuasiya manevrinə hazırlanmayıb. O, 15 çadırın bağlandığı 60 trosdan birinə ilişib. Ərazi normal işıqlandırılmadığından görmə zəif olub.

Amma çox ölkələrdə hətta həlak olan əsgərə kompensasiya ödəmək yada düşmür!

Related posts

Oman müftisi ABŞ tələbələrinin Qəzzə aksiyasını dəstəkləyib

Qəzza…

Guardian: İngiltərə Qəzzəyə humanitar yardım paylamaq üçün canlı qüvvə göndərir?!