Ərdoğanın partiyası yeni sorğularda CHP-yə məğlub oldu

QafqazTimes xəbər verir ki, Türkiyənin “Zaman” qəzetinin keçirdiyi sorğu görə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası artıq Türkiyədə ən populyar siyasi partiya deyil.

“Russia Əl-Yovm” xəbər saytının məlumatına görə, bu sorğunun nəticələrinə əsasən Ədalət və İnkişaf Partiyası Türkiyə xalqının 22,5%-nin dəstəyini əldə edərək ikinci yeri qazanıb. Halbuki müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası səsvermənin 23%-ni əldə etməklə, bu sorğuda birinci yerə yüksəlib.

“Zaman” qəzeti xəbər verir ki, bu sorğunu həyata keçirən Sosial Tədqiqatlar Mərkəzinin direktoru Dərya Kömürçü telekanallardan birində “Sözüm var” adlı verilişdə iştirak edərkən bu sorğunun nəticələrini açıqlayıb.

Bu sorğuya əsasən, “İYİ” partiyası 13,3 faizlə üçüncü yeri tutub. Sonrakı yerləri 8,7 faizlə “Xalq Demokratik Partiyası” və 6,8 faiz səslə “Milli Hərəkat” (hakim partiya ilə müttəfiq) tutur.

Dərya Kömürçü rəhbərlik etdiyi institutun keçirdiyi sorğu ilə bağlı deyib ki, Ədalət və İnkişaf Partiyasının səsləri bir qədər azalmasına baxmayaraq, davamlı olaraq azalmaqdadır. Keçən ay səs vermək istəməyənlərin təsirini təhlil etməzdən əvvəl bu partiyanın səslərinin 25% azaldığını gördük.

O, həmçinin qeyd edir: “Ötən ay heç bir müstəsna hal olmadı və mən Ədalət və İnkişaf Partiyasının birinciliyi itirmə ehtimalının çox yüksək olduğunu söylədim. Bugünkü sorğuların nəticələri də bu məsələni təsdiqləyir.”

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO