Ərdoğana “böyükbaş heyvan” dedi!

QafqazTimes.com İZ-ru-ya istinadən xəbər verir: Türkiyədə xanım jurnalist Ərdoğanı təhqir etmək ittihamı ilə həbs olunub. CNN Turk xəbər verir ki, məhkəmə hökmü ilə həbs edilən jurnalist Sədəf Kabaşdır. Kabaş Tele 1 telekanalında canlı yayımda Ərdoğanın siyasətindən danışanda deyib ki, heyvan saraya girəndə kral olmaz, saray tövlə olar (Büyükbaş hayvan bir saraya girdiğinde o kral olmaz, o saray ahır olur). Onun sözləri ictimai rezonans yaradıb. Ədalət və inkişaf partiyası xanım jurnalistə sərt reaksiya verib. Onu əxlaqsızlıq və axmaqlıqda suçlayıblar.

Sədəf Kabaş 22 yanvarda İstanbulda məhkəmədə həbs edilib. Kabaş özünü müqəssir saymır. O işlətdiyi sözün atalar sözü olduğunu deyib. Türkiyə qanunlarına görə prezidentin təhqirinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır