Ərdoğan Putini İstanbula dəvət edib

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bazar ertəsi telefon danışığı aparıb.

Ərdoğan telefon danışığında Ukraynada sülhün əldə olunması üçün ciddi addımların atılmasına çağırıb.

Türkiyə prezident sarayından verilən məlumata görə, Putin və Ərdoğan arasında Ukrayna müharibəsi, regional proseslər və ikitərəfli münasibətlər müzakirə olunub.

Türkiyə prezidenti həmçinin Putini Ukrayna və BMT nümayəndələri ilə görüşmək üçün İstanbula səfərə dəvət edib.

Ərdoğan həmçinin razılaşma əldə olunarsa, Türkiyənin Rusiya və Ukrayna arasında nəzarətçi rolunu oynamağa hazır olduğunu açıqlayıb.

Türkiyə prezidenti Putinə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün mümkün qədər tez addımlar atılmalıdır.

Ərdoğan telefon danışığında Putinə deyib ki, Suriya sərhədində terrorçulardan təmizlənmiş 30 kilometr məsafədə azad zona yaradılmalıdır.

Onun sözlərinə görə, bu təhlükəsiz zonanın yaradılması təcili zərurətə çevrilib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı