Ərdoğan: İsrail prezidenti fevralın əvvəlində Türkiyəyə səfər edəcək

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı səhər saxta və uşaq qatili olan sionist rejimin başçısının Türkiyəyə gözlənilən səfəri barədə açıqlama verib.

Ərdoğan yerli televiziyaya verdiyi müsahibədə Təl-Əviv rejiminin başçısı İshaq Hersoqun fevralın əvvəlində Türkiyəyə səfər edəcəyini və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını qeyd edib.

Anadolu agentliyinin verdiyi məlumata görə o, fevralın ilk yarısında baş tutacaq səfər barədə danışarkən deyib: “Biz İsraillə bütün sahələrdə, o cümlədən qaz məsələsində əməkdaşlığa hazırıq.”

Bundan əvvəl İsrail prezidenti Türkiyə prezidenti ilə son telefon əlaqələrinə toxunaraq, Təl-Əvivin Ankara ilə əməkdaşlığının artırılmasının vacibliyini vurğulayıb.

Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri son on üç ildə ilk dəfə olaraq sionist həmkarına zəng edərək, onun koronavirusa yoluxması ilə əlaqədar vəziyyəti ilə maraqlanıb.

Təl-Əvivin Ankaradakı keçmiş səfiri Pini Avivi də bu yaxınlarda bildirib ki, Türkiyə prezidenti ciddi şəkildə Tel-Əvivlə münasibətləri normallaşdırmağa və iqtisadi əlaqələri qorumağa çalışır.

Related posts

BMT-nin nizamnaməsini cırdılar!

Sionist səfir “BMT Nizamnaməsini” parçaladı – VİDEO

Həmas: İşğalçıların cığallığı vəziyyəti sıfır dərəcəsinə endirdi