Ərdoğan: Həmas Qətəri tərk etməyəcək

Türkiyə prezidenti Fələstin Həmas Hərəkatının Qətəri tərk etməyəcəyini düşündüyünü deyib.

Əl Aləm telekanalının Anadolu Agentliyinə istinadən verdiyi məlumata əsasən, Rəcəb Təyyib Ərdoğan bu gün (23 aprel) Qətərin də Həmasın bu ölkəni tərk etməsi üçün heç bir siqnal vermədiyini qeyd edib.

Habertürk telekanalının məlumatına görə Türkiyə prezidentinin İraq səfərindən sonra müxbirlərə verdiyi müsahibədə deyib ki, İsrailin Qəzzəyə nəzarəti ən çox Fələstin torpaqlarına hücumlarının artması ilə nəticələnə bilər.

Xatırladaq ki, Rəcəb Təyyib Ərdoğan bir neçə gün əvvəl də Türkiyə Böyük Millət Məclisindəki toplantısındakı çıxışında deçişdi ki,  “Qurtuluş Müharibəsi (1919-1923) dövründə Türkiyədəki Kuva-yi Milliyə (Milli Qüvvələr) nədirsə, ”Həmas” da odur. Terror dövləti İsrail oktyabrın 7-dən Qəzzada soyqırım törədir” Sionist rejim artıq Hitleri də ötüb. Fələstin mübarizəsini müdafiə etməyə və məzlum Fələstin xalqının səsi olmağa davam edəcəyəm, davam edəcəyik.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib