Ərdoğan: Fələstində müqəddəs məkanların tarixi statusunda dəyişikliyi qəbul etmirik

Türkiyə prezidenti Fələstin Özünüidarə Təşkilatının başçısı ilə görüşdə İsrailin tarixi və müqəddəs məkan statsuslarında dəyişikliyini qəbul etmədiyini vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan dünən (25 iyul) Ankarada Mahmud Abbasla görüşdən sonra ikitərəfli mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

Ərdoğan daha sonra vurğulayıb: 1967-ci ildən BMT prinsiplərinə əsasən paytaxtı şərqi Qüds olan müstəqil Fələstin ölkəsinin qurulması regionda sülh və stabilliyin zəruri şərtlərindəndir.

Mətbuat konfransında Mahmud Abbas da öz növbəsində Türkiyənin Fələstin xalqının azadlıq və müstəqillik naminə səylərində hüquqi dəstək mövqeyinə görə minnətdarlıq edib.

Mahmud Abbas deyib: Bu gün İsrailin radikal nazirlər kabineti irqçi-müstəmləkəçi siyasətləri ilə qarşı-qarşıyayıq. Biz milli vəhdət və torpaqlarımızı qorumaq üçün əlimizdən gələni edirik.

M.Abbas vurğulayıb: İyulun son günlərində Fələstin müqavimət dəstə başçılarını Qahirəyə müzakirə üçün dəvət etmişik. Bu görüşdə məqsəd milli vəhdətin dirçəlməsi, xalqın Fələstin torpaqlarında yaşadığı problemlərə qarşı proqramlarını təyin etməkdir.

Qeyd edək ki, Fələstin Özünüidarə Təşkilatının rəhbəri Mahmud Abbas dünən (25 iyul) Ankaraya daxil olub. Prezident Ərdoğanla görüşü 26 iyula təyin edilsə də bu görüş axşam saatlarında baş tutub.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir