Ərbildə İsrailin 20 strateji mərkəzi və bir neçə əməliyyat otağı vardır

İraqın “Kətaib Seyyid Əş-Şuhəda” hərəkatının baş katibi Əbu Əla əl-Vəlai bu ölkədə bəzilərinin sionist rejimin Kürdüstan bölgəsində olmaması iddiasına cavab olaraq deyib: “Sionistlərin bu bölgədə 20-dən çox strateji və taktiki mərkəzi var.”

Əl-Vəlai Twitter səhifəsində yazıb ki, sionistlərin Ərbildə əməliyyat otaqları, investisiyaları və sionist kapitalı ilə idarə olunan bir neçə layihəri vardır.

O, “İraq Kürdüstanında 4000-dən çox sionist var”, deyərək belə əlavə edib: “Həmçinin Ərbil ilə Təl-Əviv arasında birbaşa hava yolu var ki, bu da təhlükəsizlik böhranı səbəbindən sionistlərin öz vətəndaşlarından Ərbilə getməməyi xahiş etməsinə səbəb olub.”

Bundan əlavə İran İslam Respublikasının İraqdakı səfiri İrəc Məscidi bazar ertəsi Ərbildəki Mossad bazasına edilən son hücumla bağlı vurğulayıb ki, israillilərin İraq Kürdüstanında bazası vardır.

O, həmçinin belə qeyd edib: “İsraillilər Kürdüstan ərazisindən İranın təhlükəsizliyinə qarşı planlar qurur və fəaliyyət göstərirlər, amma biz ərazilərimizin təhlükəsizliyi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz Kürdüstan bölgəsinin rəsmilərinə dəfələrlə xəbərdarlıq etsək də, onlar qulaq asmadılar.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

2 şərhlər

Shantez Fevral 18, 2024 - 5:32 səhər

I know this website offers quality dependent articles and additional
stuff, is there any other website which provides such data in quality?

Hanifah Fevral 18, 2024 - 6:05 səhər

Its like you read my mind! You appear to know so much about this, like
you wrote the book in it or something. I think that you could do with
some pics to drive the message home a little bit, but other than that, this is magnificent blog.
An excellent read. I will certainly be back.

Add Comment