Ərbəin zəvvarlarının sayı 16 milyonu keçdi

Qafqaztimes xəbər verir ki, Həzrəti Abbasın (ə) müqəddəs hərəmi çərşənbə axşamı etdiyi açıqlamada Ərbəin zəvvarlarının sayını açıqlayıb.

Həzrəti Abbasın (ə) hərəminin rəsmi internet saytında dərc edilən açıqlamaya görə, səfər ayının yeddinci günündən ərbəin gününə qədər elektron sayma sisteminə görə Kərbəlaya daxil olan zəvvarların sayı 16.327.542 nəfər olmuşdur.

Kərbəla valisinin müavini Casim Fatlavi qeyd edib ki, Ərbəin zəvvarlarına xidmət göstərmək üçün hazırlıqlar erkən başladı və təhlükəsizlik xidmətləri, zəvvarların transferi, sağlamlıq xidmətləri və s. planlaşdırıldığl kimi davam edir.

Digər tərəfdən Kərbəlada Həşdu Şabi təşkilatının təhlükəsizlik və xidmət planının həyata keçirilməsinin ikinci həftəsində “Əl-Furat Əl-Avsat” əməliyyatı komandanı, generalı Əli Əl-Həmdani bu əyalətdə Ərbəin mərasiminin təhlükəsizliyinin təmin edilməsində bu təşkilatın 9500 qüvvəsinin iştirakını elan edib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…