Ər Ruknuş Şədid 4 hərbi təlimləri başladı

Fələstin müqavimət dəstələri “Ər Ruknuş Şədid 4” birgə təlimlərə başlayıblar.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (12 sentyabr) Fələstin müqavimət qruplarının birgə təşkil etdiyi hərbi təlim dənizə doğru raket atışı ilə işinə start verib.

Məlumata görə bu hərbi təlimdə əsas məqsəd Qəzzada müqavimətin hazırlığının təkmilləşdirilməsi və dəyərləndirilməsidir.

Hərbi təlimdə yeni tipli silahlar d sınaqdan keçiriləcək. Amma təhlükəsizliyin qorunması məqsədilə silahlar barədə heç bir detallı məlumat yayımlanmayıb.

Fələstin müqavimət qrupları 28 dekabr 2022-ci ildə Qəzza zolağının işğal olunmuş ərazilərlə sərhədlərində “Ər Ruknuş Şədid 3” adlı təlim keçirmişdi.

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Allaha inan!