Ər-Riyadda “MDL Beast” festivalında qızlar üçün qəribə şərtlər

QafqazTimes xəbər verir ki, Səudiyyə Əyləncə Təşkilatının təşkil etdiyi “MDL Beast” festivalı bu ölkə xalqının qəzəbinə səbəb olub.

Ər-Riyadda keçirilən MDL Beast festivalından şok görüntülər sosial şəbəkələrdə yayımlandı, bu görüntülər kütləvi şəkildə İslam qanunlarının pozulmasını göstərdiyi üçün geniş səviyyədə mübahisələrə səbəb oldu.

Səudiyyəli fəal Fəhd əl-Qüfeyli bu festivala qızların işə götürülməsi şərtləri ilə bağlı sənədi paylaşaraq tvitter hesabında yazıb: “Yaxın Şərqdə qızların işləməsi üçün iş şəraiti: Çadrasız, hicabsız!”

Tanınmış səudiyyəli jurnalist və Ali Səud rejiminin əleyhdarı olan Turki Əl-Şalhub bir tvitində bu festivalın yaradılmasını tənqid edərək, yazıb: “Əyləncə və İstirahət Təşkilatının MDL Beast Festivalını reklam etmək üçün şüarı “biz ölkədə rəqs edirik”dir. Onlar hansı ölkədə rəqs etmək istəyirlər? Müqəddəs hərəmlərdə?! Bundan daha çox təhqir və istehza?!”

MDL Beast, vətəndaşların həyatının bir hissəsinə çevrilmək üçün əyləncə sahəsi ilə müasir şəkildə məşğul olan Səudiyyə şirkətidir. Lakin reallıq tamamilə fərqlidir. Belə ki, Səudiyyə xalqı bu festivalın fəsad və əxlaqsızlıq proqramı olduğunu söyləyir. Bin Salmanın iş başına gəlməsi və əyləncə təşkilatının yaradılması ilə bu tipli hadisələr hər il baş verməkdədir.

Qeyd edək ki, mentalitetləri ilə uyğun olmayan istənilən addıma qarşı çıxan ənənəvi Səudiyyə xalqı əyləncə təşkilatını ekstremist təşkilat hesab edir.

Twitter fəalları MDL Beast festivalından bəzi gənclərin ictimai yerlərdə əxlaq normalarına riayət etmədiklərini göstərən şokedici video görüntülər yayımlayıblar. Bu ölkənin faktiki hökmdarı sayılan Səudiyyə vəliəhdinin iddia etdiyi sosial rifahı nəzərə alsaq görünür, bu kimi görüntülərin dəfələrlə dərc edilməsindən sonra artıq bu cür hadisələr adi hala çevrilib.

Related posts

İsraillə dostluq baha başa gəlir

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO