Ərəbistanda quldarlıq quruluşu davam edir

Səudiyyə Ərəbistanında pakistanlı bir məhbus əcnəbilərə verilən inanılmaz işgəncələrdən söz açıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bir pakistanlı məhbus azadlığa çıxdıqdan sonra deyib: Heç bir qaneedici səbəb olmadan həbs edildim, ailəmin xəbəri olmadan zindana düşdüm, İşimi itirdim və kompensasiya verilmədən ölkəmə qayıtdım.

Məlumatda deyilir: Kars, elektroşok, baş-ayaq asılmaq, ailə ilə telefon əlaqəsizliyi Ali Səud həbsxanalarında əcnəbilərə verilən ən adi işgəncələrdir.

Meysəm Əl-Təmmar daha sonra deyib: Bir xarici vətəndaş vəliəhd Məhəmməd Bin Salmana şikayət edtiyi üçün həyat yoldaşına təcavüz ediləcəyi ilə təhdidlənməsi bir tərəfə, ən ağır işgəncələrlə cəzalandırılırdı.

Qələm və kağızın müsadirə edilməsi, məktub ya kiminləsə mesaj göndərmək qadağası da bir işgəncədir.

Pakistanlı məhbus sonra deyib: Hal-hazırda Ali-Səud həbsxanasında gördüyüm işgəncələr səbəbinə psixoloji cəhətdən əziyyət çəkirəm və orada olan digər əcnəbi məhbusların da gələcək həyatına ziyan dəyəcəyinə əminəm.

Qeyd edək ki, Ərəbistanda rəsmi surətdə 1964-cü ildən quldarlıq dövrünün bitdiyini elan etsələr də əksər əcnəbilərlə qul kimi davranılır.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!