QafqazTimes xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, Səudiyyə hökuməti 2016-cı ildə bir neçə uşaq da daxil olmaqla 50-yə yaxın adamı edam etdiyi kimi bu dəfə də Milad bayramını yeni kütləvi edamlar üçün pərdə kimi istifadə etməyi planlaşdırır.
Səudiyyə Ərəbistanında kütləvi edamlar silsiləsi bitmək bilmir və bu dəfə daha bir neçə nəfər kütləvi şəkildə edam ediləcək. Baxmayaraq ki, İngiltərənin “The Telegraph” qəzetinə görə, onların sayı məlum deyil. Qəzet ifşa edib ki, Səudiyyə hökuməti Milad bayramlarından yeni kütləvi edamlar üçün pərdə kimi istifadə etməyi planlaşdırır. “The Telegraph” bu məqaləni Britaniya hökumətinin xarici işlər nazirinin aldığı bildiriş əsasında yazıb.
Britaniya deputatları Xarici İşlər Naziri Ceyms Kleverli məktub yazaraq bildiriblər ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə bir neçə uşaq da daxil olmaqla 50-yə yaxın adamı edam etdiyi kimi, indi də Milad bayramından yeni cinayət törətmək üçün istifadə etməyi planlaşdırır.
Bu ingilis qəzeti Səudiyyə Ərəbistanında insan haqları qruplarının hesabatına görə edam olunacaq 60 nəfərin adını çəkir, baxmayaraq ki, onların sayı daha çox olacaq.
Britaniya nümayəndələri vurğulayıblar ki, Səudiyyə Ərəbistanının bu sərəncamları həyata keçirmək üçün Milad bayramında dünya xalqlarının bu əyləncəsindən yararlanması qəribə deyil, necə ki, bütün dünya dünya çempionatını izləyərkən son iki həftə ərzində 12-si əcnəbi olmaqla ən azı 20 nəfəri edam etdi. Bu rəqəmə, iki həftə ərzində 17 nəfərə çatan narkotik cinayətləri ilə bağlı edamları da əlavə etmək lazımdır. Halbuki Ər-Riyad bundan öncə narkotik cinayətlərinə görə ölüm hökmü verməməyi qəbul etmişdi.