Ənsarullah: Sənanın raket gücü inkişaf edib və döyüşün növbəti mərhələsi fərqli olacaq

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının liderlərindən olan Məhəmməd Əl-Bəxiti bildirib ki, təcavüzkar Səudiyyə koalisiyasına üzv olan ölkələr işçilərin bir hissəsinin maaşlarının verilməsi məsələsini gündəmə gətirərək, Yəməndə daxili ixtilaflar yaratmağa çalışırlar.

Əl-Məyadin telekanalına verdiyi müsahibədə Əl-Bəxiti bildirib ki, Sənanın ədalətli tələblərinə cavab verilməsə, Səna səssiz qalmayacaq və bu mühasirəyə cavab verəcək.

O, əlavə edib ki, təcavüzkar Səudiyyə koalisiyasına üzv ölkələrin təklifləri Sənanın tələblərinə cavab vermir və işçilərin maaşlarının ödənilməsi ilə bağlı bu ölkələrin mövqeyi aydın deyil.

O, belə deyib: “Səudiyyə Ərəbistanı ilə hərbi qarşıdurmanın növbəti raundu əvvəlki raunddan fərqli olacaq, çünki Sənanın raket və hava gücü daha da təkmilləşib.”

Əl-Bəxiti həmçinin vurğulayıb ki, Yəmən silahlı qüvvələri hərbi imkanlarının inkişafı sayəsində işğalçı koalisiyaya üzv dövlətlərə ciddi zərbələr endirmək iqtidarındadır.

Bununla yanaşı Yəmən mediası Oman vasitəçi komandasının vasitəçiliyinin nəticələrini açıqlamadan Sənanı tərk etdiyini bildirib.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək