Ərəbistanda daşqınlar: Turistlər qaçmağa çalışırlar (Video izlə)

Səudiyyə Ərəbistanında güclü daşqınlar davam edir.

Məlumata görə qarşısına çıxan hər şeyi yuub aparan daşqın suları həmçinin Məkkəyə aparan yolu da yuyub aparıb. 

Ölkə iqtisadiyyatı təhlükə altındadır, maliyyə paytaxtı Ciddəni isə su basıb. Küçələrdə nəqliyyatın hərəkəti mümkün deyil, axınlar maşınları aparır. Turistlər şəhəri tərk etməyə çalışsalar da buna müvəffəq ola bilməyiblər. Belə ki, beynəlxalq hava limanında bəzi reyslər də hava şəraiti səbəbindən ləğv edilib.

Yerli sakinlər təbii fəlakətin nəticələrini əks etdirən videolar paylaşırlar.

Səudiyyə Ərəbistanında rekord həddə olan daşqın – leysan bir həftədən artıqdır ki, dayanmır.  

Xatırladaq ki, dekabrın sonunda Ərəbistan yarımadasında havanın temperaturu enib, dolu və qar yağıb.

Related posts

Afinada 2-ci dünya müharibəsindən qalmış yüzlərlə bomba tapıldı – FOTO

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçdu – VİDEO

14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı