Ərəbistan yarımadasında qar sevinci (Video izlə)

Ərəbistan yarımadasında, Küveyt və Səudiyyə Ərəbistanının bəzi bölgələrində havanın temperaturu enib, dolu və qar yağıb. Küveytdə doluya düşənlər nadir hadisəni lentə alaraq sosial media hesablarında paylaşıblar. Küveyt Daxili İşlər Nazirliyindən verilən açıqlamada güclü yağış səbəbindən bir çox əsas yolun bağlandığı bildirilib.

Səudiyyə Ərəbistanının Təbuk bölgəsində soyuq hava dalğası səbəbilə Hakl şəhərinin Cəbəl Əl-Lövz dağları bölgəsinə qar yağıb. Ölkənin bir çox yerindən insanlar bölgəyə axışıblar. Bəzi vətəndaşlar qar yağmasını rəqs edərək qeyd ediblər.

Səudiyyə Ərəbistanı Böhran və Fəlakətlərin İdarə Edilməsi Mərkəzi vətəndaşları krallığın müxtəlif bölgələrində kəskin hava şəraiti ehtimalına qarşı diqqətli olmağa çağırıb.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO