Ərəb dünyasının ən böyük developerinin binası alovlara büründü (Video izlə)

Dubayın (BƏƏ) mərkəzində güclü yanğın baş verib.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılır.

Bildirilir ki, ərəb dünyasının ən böyük developeri olan və “Burj Khalifa” göydələninin çox yaxınlığında yerləşən “Emaar”ın, demək olar ki, bütün 35 mərtəbəsi alovlara bürünüb.

O da vurğulanır ki, binada yanğın siqnalı əvvəlcə işləməyib.

Artıq yanğın söndürülüb. Hələ ki, hadisənin təfərrüatı açıqlanmayıb. Ölən və ya yaralananlar barədə də məlumat yoxdur.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO