Ənsarullah rəsmisi: BMT legitimliyini itirib

Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun üzvü Məhəmməd Əl-Bəxiti deyib:  Səudiyyə Ərəbistanı vəliəhdi Bin Salmanın Yəməndə təyin etdiyi dövləti rəsmi surətdə tanıdığını elan etdiyi üçün artıq Birləşmiş Millətlər Təşkilatı öz legitimliyini itirib.

Əl-Aləm telekanalının verdiyi məlumata əsasən, Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun üzvü Məhəmməd Əl-Bəxiti tweeter hesabında yazıb: Heç bir əsası və kökü olmayan dövlətin Bin Salman vasitəsi ilə Ədən dövlətinə müdaxiləsini rəsmi surətdə tanıyan BMT daha legitimlik məfhumunu itirib. Hətta onların nümayəndəsi Ədəndən ixrac edildikdən sonra 5 zirehli avtomobillə belə Yəmənə qayıda bilmədilər.

Qeyd edək ki, BMT rəsmilərinin ABŞ-a bağlılığı qarşılığında açıq-aşkar sükut etməsi bir növ dəyərsiz və öz mənafelərini güdən bir təşkilat olduğunu bir daha sübut edir.

Related posts

İsrailin İranla Müharibəsi Gündə Yüzlərlə Milyon Dollara Başa Gəlir

Hizbullah Baş Katibi Şeyx Nəim Qasimin İran Əleyhinə Amerika-“İsrail” Təcavüzü Barədə Bəyanatı

Adını belə çəkməyə qorxduğunuz o lider dərsinizi verdimi?