Ənsarullah lideri: Yəmən xalqının hüquqlarını Səudiyyə koalisiyasından geri alacağıq

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin əl-Husi İmam Səccad əleyhissəlamın oğlu Zeyd İbn Əlinin şəhadətinin ildönümü ilə əlaqədar çıxış edərkən Zeydin hərəkatının əxlaq və prinsiplər baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

“Əl-Məsirə” telekanalı Əl-Husiyə istinadən xəbər verir ki, Zeyd ibn Əlinin hərəkatı Qurani-Kərimə və Həzrət Məhəmməd (s) yolunun davamına əsaslanır. Bu, elə bir hərəkatdır ki, Zeyd bin Əli bununla İslam ümmətini köləlikdən, zəlalətdən xilas etmək istəyirdi.

Əl-Hüsi həmçinin Əməvi qiyamının bütün ilahi qanunları pozduğunu, müqəddəs məfhumları məhv etdiyini, islam dini ilə oynadığını və islam ümmətini əsarət altına aldığını bildirərək, deyib: “Zeydin hərəkatı dini zərurət və xalis İslamın davamı idi.”

Yəmən Ənsarullahının lideri Yəmən xalqının imanlarına görə düşmənlərlə qarşı-qarşıya olduğunu deyərək bildirib: “Düşmənlərin müsəlman ümməti arasında fitnə-fəsad törətmək planları müsəlmanlar arasında parçalanma və fitnə salmaq üçün aparılan müharibənin bir hissəsidir.”

O, müsəlman ümmətinə qarşı hərtərəfli hücumun və ona qarşı şiddətli zülmün olduğunu vurğulayaraq qeyd edib: “Bu gün bizim prioritetimiz Amerika və İsrailin arxasında durduğu təcavüzə qarşı durmaqdır.”

Əl-Husi təcavüzlə mübarizəni prioritet hesab etməyən hər kəsin insanlıqdan uzaq olduğuna işarə edərək deyib: “Hazırkı atəşkəs rejimini nəzərə alaraq, müharibənin bitdiyini düşünüb başqa məsələlərlə məşğul olmamalıyıq.”

Ənsarullah lideri təcavüzkar koalisiyanın və xainlərin Yəmənin bütün neft və qaz resurslarını talan etdiklərini bəyan edərək, əlavə edib: Atəşkəsdən istifadə edərək, xalqa təcavüzkar koalisiyasının təhlükələri barədə məlumat verilməlidir. Koalisiyanın qarət etdiyi Yəmən xalqının hüquqlarını geri almalıyıq.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur