“Ən-Nəsr” Ronaldunun ədəbsiz jest qalmaqalı ilə bağlı açıqlama yaydı (Video)

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu hücumçusu Kriştianu Ronaldu ilə bağlı yaşanan qalmaqala görə bəyanat yayıb.

Portuqaliyalı futbolçu ölkə çempionatında “Əl-Hilal”a qarşı çempionat oyununda (0:2) meydanı tərk edərkən tribunadan azarkeşlər Messinin adını qışqıran zaman ədəbsiz jest edib. Bundan sonra onun ölkədən deportasiya edilməsi ilə bağlı çağırışlar edilib.

Klubun məsələ ilə bağlı yaydığı açıqlamada bildirilib:

“Ronaldu zədələnib. Onun “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədən zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəlincə, onlar istədiklərini düşünməkdə azaddırlar”.

Xatırladaq ki, Genuya Universitetinin hüquqşünası və professoru Nouf bin Əhməd ədəbsiz jestinə görə Ronaldunun həbsi və ölkədən deportasiyası üçün Səudiyyə Ərəbistanı Prokurorluğuna sorğu göndərmək niyyətində olduğunu açıqlayıb.

Related posts

Rusiyada yarış avtomobili tamaşaçılara çırpıldı – VİDEO

“Qalatasaray” rəsmiləri “Fənərbağça”nın bayrağını almağa çalışdılar, döyüldülər – VİDEO

Moskvada teatr binasında həyəcanlı anlar: Tamaşaçılar təxliyə edildilər – FOTO