Əlcəzairdə sionist rejimlə münasibətləri normallaşdırmaq cinayət hesab olunacaq

QafqazTimes xəbər verir ki, bir sıra Əlcəzair parlamentariləri sionist rejimlə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanun layihəsini parlamentə təqdim ediblər.

“Sülh icması hərəkatı”nın üzvü Yusuf Əcisə çərşənbə axşamı vurğulayıb ki, o, partiyasının nümayəndələri adından qanun layihəsini parlamentin sədrinə təqdim edib.

Əcisə Anadolu Xəbər Agentliyinə bildirib ki, partiyasının üzvləri layihədə iştirak etmək üçün digər nümayəndələri də cəlb etməyə çalışsalar da, müsbət cavab ala bilməyiblər və bu səbəbdən layihəni özləri hazırlayıblar.

Hərəkat Əlcəzairdə ən böyük islamçı partiya və müxalifət fraksiyasıdır. Bu layihə bir neçə siyasi təşkilatın nümayəndələrinin 2021-ci ilin yanvarında Əlcəzair parlamentinə təqdim etdiyi layihə ilə eynidir.

Əcisə bu barədə açıqlamasında deyib: “Bu layihə bir daha “Nikbət günü” münasibətilə təqdim olundu.”

Qeyd edək ki, “Nikbət günü” Fələstinin sionist rejim tərəfindən işğalının ildönümüdür. Bu il bu faciənin 74-cü ili tamam olur.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya

1 şərh

https://israel-lady.co.il/ May 18, 2022 - 9:36 axşam

Good post. I learn something totally new and challenging on blogs I stumbleupon every day. It will always be interesting to read through articles from other writers and use a little something from other sites.

Add Comment