Əl-Vefaq cəmiyyəti: Bəhreyn xalqı demokratiya istəyir

Qafqaztimes xəbər verir ki, Bəhreyn Milli Əl-Vefaq Cəmiyyəti öz twitter səhifəsində Bəhreyn xalqının ölkədə demokratiya, qanunun aliliyi və ədalət istiqamətində bir dəyişiklik istədiyini açıqlayıb.

Əl-Vefaq Cəmiyyəti belə əlavə edib: “Bəhreyn xalqının tələbləri, xalqın rəyinə əsaslanan demokratik və real bir hökumətə siyasi keçiddir.”

Bu cəmiyyət həmçinin belə qeyd edib: “Bəhreynlilərin tələbləri bütün beynəlxalq və humanitar dəyərlər, qanunlar və beynəlxalq konvensiyalarla təsdiqlənmiş qanuni və insanı tələblərdir.”

Əl-Vefaq əlavə edib: “Bəhreynlilərin istədikləri, dünyanın əksər xalqlarının sahibi olduqları təbii və ayrılmaz bir haqdır.”

Əl-Vefaq cəmiyyəti həmçinin qeyd edib ki, Bəhreyn xalqı rejimin zülm və diktatorluğuna, ədalətin olmamasına, güc və zor tətbiq edərək ölkənin hüquq və idarəçiliyinin məhv edilməsinə qarşı olduqlarını vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib