Əl-Qisam İsrail qarşısında möhkəm dayanacağına söz verir

Əl-Qisam batalyonunun “Əqəbətun-Cəbr” qolunun mətbuat xidməti bu gün səhər tezdən işğalçı sionist rejim hərbçilərinin fələstinli düşərgələrə hücumu və batalyon mübarizləri ilə qarşıdurma olduğundan xəbər verib.

Əl-Aləm telekanalının məlumatına əsasən, agah qaynaqlar elan edib ki, Əriha məntəqəsinin cənubunda restorandakı silahlı əməliyyatdan bir həftə sonra işğalçı sionist rejim hərbçiləri Əqəbətun-Cəbr düşərgəsinə basqın edərək axtarışda olan fələstinli mübarizlərin ailə və qohumlarının evlərinə soxulublar.

Əqəbətun-Cəbr düşərgəsi batalyonu bu gün (4 fevral)  bir bəyanatda elan edib: İşğalçı İsrail rejimi öz məqsədlərinə çatmaqda nakam qalaraq, ümidsizliklə Əqəbətun-Cəbri tərk etməyə məcbur oldu.

Batalyon həmçinin elan edib: Biz cihadi əməliyyatımızın başlandığını deyir, müqavimət yolumuzu davam etdirəcəyimizə görə Allahla əhd-peyman bağlayırıq. Əl-Qisam batalyonları daim işğalçı rejim qarşısında möhkəm dayanacağına söz verir.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO