Əl-Qaidə və İŞİD iki Yəmənli əsirin başını kəsdilər

Qafqaztimes xəbər verir ki, Əl-Qaidə və İŞİD terror qrupları əl-Beyda cəbhəsində (Yəmənin mərkəzində) Yəmən ordusundan və xalq komitələrindən olan iki əsirin – Saqr Ğanim Raşid Hüseyn əl-Maliki və Məhəmməd Əhməd Mürşid Təvvafın başlarını kəsmişlər. Yəmən ordusu ərazini təmizləyərkən bu iki şəhidin başsız cəsədini tapmışdır.

Yəmən Milli Qurtuluş Hökümətinə bağlı Hərbi Əsirlər Üzrə Milli Komitə “26 sentyabr” adlı bir hesabata görə elan edib ki, səmavi dinlərə və beynəlxalq və insani normalara zidd olan bu cinayətə görə bütün məsuliyyət təcavüzkar koalisiyaya üzv dövlətlərin üzərinə düşür.

Adı çəkilən bu komitə həmçinin qeyd edib ki, bu cinayətin çirkinliyini, Yəmən millətinin azad xalqının qəlbini incitdiyi qədər, Səudiyyə koalisiyası ölkələrini rüsvay etdi və onların Əl-Qaidə və İŞİD ilə əlaqələrini ortaya qoydu.

Related posts

Şəhid gedəndə…

Suriya yeganə ərəb dövləti idi ki…

Şəhadətdən qabaq…