Əl-Qaidə sərkərdəsinin öldürüldüyünü təsdiqlədi

Əl Qaidənin Ərəbistan yarımadası qolu dünən Yəməndə (5 mart) ABŞ dronu ilə sərkərdəsinin vurulduğu xəbərini təsdiqləyib.

Əl-Aləmin Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, ABŞ dronu Məaribdə Əl-Qaidənin “Əbdül Əziz Ədnani” ləqəbli Həmud Bin Həmud Əl-Təmimini öldürüb.

Əl-Qaidənin bəyanatına əsasən, Əbdül Əziz Ədnani ilə birlikdə onun media yardımçısı da həlak olub.

Bəyanatda Əbdül Əzizin Əl-Qaidə təşkilatının xarici əlaqələr şöbəsinin müdiri olub.

Əl-Qaidənin bəyanatına baxmayaraq, Amerika hələ də bu sərkərdənin öldürülməsi barədə heç bir reaksiya verməyib.

Qeyd edək ki, fevralın 27-də Səudiyyə Ərəbistanının “Əl-Hədas” telekanalı öz mənbələrinə istinadən məlumat yaymışdı ki,  ABŞ Hərbi Hava Qüvvələri Məaribdə Əl-Qaidənin “Əbdül Əziz Ədnani” ləqəbli Həmud Bin Həmud Əl-Təmimini öldürdü.
Evə zərbə raketlərdən olub, buraxılış iki drondan həyata keçirilib. Ət-Təmimidən başqa onun əlaltılarından biri də ölüb, daha biri yaralanıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib