Əl-Qəssam yeni nəsil pilotsuz təyyarələrini nümayiş etdirdi + Video

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu Kataib əl-Qəssam, çərşənbə günü “Əl-Zəvari” adlı yeni nəsil pilotsuz təyyarələrini nümayiş etdirmişdir.

Kataib əl-Qəssam bir açıqlamada, müqavimətin bu yeni nəsil pilotsuz təyyarələrinin “Qüds Qılıncı” döyüşündə istifadə edildiyini söyləyib.

Həmasın hərbi qolu bu İHA-ların kəşfiyyat məlumatları topladığı və sionist rejimin hərbi mövqelərini izlədiyi anları göstərən bir video yayımlayaraq Əl-Zəvari İHA-larının düşmən mövqelərini izlədikdən sonra Qəzza zolağındakı mövqelərinə sağ-salamat qayıtdıqlarını elan edib.

Kataib əl-Qəssam ayrıca, Tunis əsilli mühəndis və bu müqavimət qrupunun üzvlərindən biri olan şəhid “Məhəmməd az-Zəvari” nin adının pilotsuz təyyarəyə verildiyini bildirmişdir.

Həmasın hərbi qolu bundan öncə “Qüds Qılıncı” döyüşündə “Şahab” pilotsuz intihar təyyarələrinin istifadə edildiyini də elan etmişdi.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…