Əl Məyadin: Co Bayden Ərdoğan rəqiblərinə dəstək verir

Türkiyə Ədalət və İnkişaf Partiyası üzvü Əl Məyadin telekanalı ilə müsahibədə qarşıdan gələn prezident seçkilərinin taleyüklü bir seçki olacağını vurğulayaraq deyib: ABŞ prezidenti Rəcəb Təyyib Ərdoğan rəqiblərinə dəstək verir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əhməd Həmdi Çamlı Türkiyədəki seçki kompaniyasında xarici qüvvələrin roluna işarə edərək deyib: R.T.Ərdoğan şəxsən Co Baydeni bu seçkilərə müdaxilədə təqsirləndirib. O, bunu xalqla görüşlərindəki rəftarlarda sezdiyini deyir.

Əhməd Həmdi Çamlı söhbətinin davamında Kamal Kılıçdaroğluya xitab edərək: Ar olsun, Kılıçdaroğlu bu rəftarından utan!- deyib

Xatırladaq ki, Ərdoğan 2014 və 2018-ci illərdə keçirilən seçkilərdə qalib gələrək, prezident seçilib.

 Bundan əvvəl Türkiyədə prezident seçkiləri 24 iyun 2018-ci ildə keçirilib. Həmin seçkilərdə Ərdoğan seçicilərin 52.5% səsini toplayaraq ilk turda qələbə qazanıb.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir