Əl-Kazimi İraqda xarici qüvvələrin missiyasının başa çatdığını rəsmən elan edib

Qafqaztimes xəbər verir ki, İraqın baş naziri bu gün özünün twitter səhifəsində yazıb: “ABŞ koalisiyasının İraqdakı döyüş missiyası başa çatıb və artıq bütün döyüş qoşunları və onların hərbi texnikasının İraqdan çıxarılması başa çatıb. Bağdad-Vaşinqton strateji dialoqunun nəticələrinə görə, koalisiyanın missiyası məşvərət və dəstəklə məhdudlaşır.

Əl-Kazimi tvitinin sonunda Beynəlxalq Koalisiyanın komandanlığına, qonşu ölkələrə və İraqın İŞİD-ə qarşı müharibədəki tərəfdaşlarına təşəkkür edib və İraq qüvvələrinin xalqı müdafiə etməyə hazır olduğunu vurğulayıb.

O, sonda “Yaşasın İraq”, deyə tvitini yekunlaşdırıb.

İraq Ordusunun Təhlükəsizlik İnformasiya Qərargahı da həmçinin dünən bəyan edib ki, Beynəlxalq Koalisiyanın anti-İŞİD adlanan qüvvələrinin İraqdakı missiyası başa çatıb.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək