Əl-Hüsi: Səudiyyə Ərəbistanı Yəmənin əvəzinə sionist rejimini bombalasın!

Qafqaztimes xəbər verir ki, Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Hüsi sionist rejimin Fələstin xalqına hücumlarına və Səudiyyə Ərəbistanın laqeydsizliyinə qarşı reaksiya verib.

Əl-Husi öz “twitter” səhifəsində yazıb: “Səudiyyə Ərəbistanı Yəmənə qarşı hava hücumlarını və təcavüzünü dayandırmalı və bu hücumları Fələstini bombalayan sionist rejimə qarşı yönəltməlidir.”

“Əl-Məyadin” telekanalının məlumatına görə Yəmən Ali Siyasi Şurasının üzvü deyib: “Səudiyyə Ərəbistanını və onun koalisiyasını qurbanların ailələrinə dəstək və Fələstinin qələbəsi üçün qəsbkar rejimə qarşı bir neçə hücum təşkil etməyə çağırıram.”

Yəmən rəsmisi qeyd edib ki, bunun qarşılığında Yəmən Respublikası da Riyadın hücumlarına qarşı cavab vermək haqqından keçməyə hazırdır. Hətta Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları və mühasirəsi davam etsə də belə.

Qeyd edək ki, işğalçı rejim hələ də Qəzza zolağında yaşayış obyektlərinə və mülkü şəxslərə qarşı hava hücumlarını davam etdirməkdədir.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?