Əl-Cəzirə Əbu Aqilənin şəhadətinə səbəb olan güllənin görüntülərini əldə edib

QafqazTimes xəbər verir ki, Əl-Cəzirə xəbər telekanalının məlumatına görə telekanalın apardığı araşdırmalar sionist rejimin fələstinli jurnalist Şirin Əbu Aqiləni qətlə yetirdiyi güllələrin görüntülərini əldə etməsinə səbəb olub.

Telekanalın məlumatına görə, bu görüntülər ilk dəfə olaraq sionistlərin işğal altındakı İordan çayının qərb sahilində jurnalisti şəhid etmək üçün istifadə etdiyi güllələrin növünü göstərir.

Məhkəmə ekspertləri güllənin zirehli maşınlar əleyhinə hazırlandığını və M4 silahında istifadə edildiyini deyirlər.

Atılan güllə üçölçülü modellərdən istifadə etməklə təhlil edilib. Mütəxəssislər atılan güllənin kalibrinin 5,56 mm olduğunu, ABŞ-da dizayn və istehsal edildiyini deyirlər. Sionist qüvvələri bu güllələrdən istifadə edirlər.

Human Rights Watch təşkilatının İsrail-Fələstin bölməsinin direktoru Ömər Şəkir Əl-Cəzirə telekanalına deyib: “Bütün dəlillər güllənin İsrail əsgəri tərəfindən atıldığını göstərir.”

Sionist qüvvələr Əbu Aqilənin şəhadətindən bir neçə gün sonra onun dəfn mərasiminə hücum etdilər. Hücumun görüntülərinin yayılması qlobal hiddət dalğası ilə müşayiət olundu.

Qeyd edək ki, Əl-Cəzirə telekanalının təcrübəli jurnalisti Şirin Əbu Aqilə ötən ay İsrail ordusunun Cenin şəhərinə hücumlarını işıqlandırarkən qətlə yetirilib.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…