Əl-Əxbar: Önümüzdəki günlərdə 29 milyon litr İran yanacağı Livana daxil olacaq

Qafqaztimes xəbər verir ki, Livanda nəşr olunan “Əl-Əxbar” qəzeti, İrandan mazut idxalı məsələsinin hələ də araşdırıldığını və İran gəmisinin Livana gəlməsinin dəqiq tarixi ilə bağlı qeyri-müəyyənliklərin olduğunu bildirsə də, məlumatlar ilk gəminin tezliklə Livan bazarına daxil olacağını göstərir.

Əl-Əxbar hesabatının davamında yazıb: “Önümüzdəki günlərdə Livana daxil olacaq 29 milyon litr İranın mazut yanacağı “Əl-Əmanə” şirkəti tərəfindən iki mərhələdə paylanacaqdır. Birinci mərhələ bu yanacağın özəl və dövlət xəstəxanalarında, klinikalarda və zəruri məhsullar istehsal edən bəzi fabriklərdə paylanması ilə əlaqədardır, ikinci mərhələyə isə bələdiyyələr və özəl sektor istehsalçıları daxildir.

Qeyd edək ki, İran yanacaq gəmilərinin Livana gəlişi xəbəri keçən həftə bölgədə və dünyada əhəmiyyətli xəbərlərdən biri olmuşdur. İlk gəminin Livana daxil olması xəbəri təsdiqləndikdən sonra media vasitələri Livana yanacaq daşıyan ikinci və üçüncü gəmilərin də Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah tərəfindən sifariş edildiyini xəbər vermişdilər.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri