Qafqaztimes xəbər verir ki, Əl-Əhd Xəbər Agentliyi Şəhid Qasim Süleymani və Şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin il dönümü ilə əlaqədar olaraq dərc etdiyi yazılarının birində bildirib:
“Düşmənləri Qasim Süleymaniyə qarşı sui-qəsd qərarını verməyə vadar edən əsas amil “Qasim Süleymani məktəbi” idi ki, bu məktəbin əsası, güc və imkanlarından asılı olmayaraq işğalçı düşmənlərlə üz-üzə dayanmaq və onlara müqavimət göstərmək zəruriliyinə söykənirdi. Beləliklə bu məktəb böyüdü, inkişaf etdi və sabit qaldı və amerikalıların və onların müttəfiqlərinin, xüsusən də sionistlərin sabit olduğunu düşündükləri və heç kimin onları məhv etməyə və ya onlarla qarşılaşmağa cəsarət edə bilmədiyi qadağan olunmuş şeyləri darmadağın edə bildi. Lakin bu gün onları başqa bir vədə gözləyir və o, amerikalıları İraqı tərk etməyə məcbur etməkdir. Çünki bu işğal nəyin bahasına olursa olsun sona çatmalıdır. Ona görə ki, bu məsələ artıq Müqavimət cəbhəsi üçün bir müqəddəs əhdə çevrilib. Sözsüz ki, Şəhid Hacı Qasim və Şəhid Əbu Mehdinin terror edilməsinin acı aqibəti ABŞ-ın İraqdakı işğalına son qoyulması ilə nəticələnəcəkdir.”