Əhməd əl-Təyyib: Dünyanın sionistlərin cinayətləri qarşısında susmağı utancvericidir

Qafqaztimes xəbər verir ki, Misirin Əl-əzhər universitetinin şeyxi Əhməd əl-Təyyib çərşənbə axşamı öz facebook səhifəsində belə yazıb: “Tağutun zülmü nə qədər davam etsə də, Fələstin həmişə başıuca qalacaq və bu xalq öz müqəddəs torpaqlarında ləyaqətlə yaşayacaq və müsəlmanların ilk qibləsini və müqəddəs hərəmini müdafiə edəcəkdir.”

Əl-əzhər şeyxi belə əlavə edib: “Fələstindəki qardaşlarımıza və müqəddəs Məscidül-Əqsaya qarşı terror cinayətləri qarşısında dünya biabırçı bir sükut içindədir.”

O, həmçinin məzlum Fələstin xalqının uğurları, qələbəsi, təhlükəsizliyi və sağlamlığı üçün dua edib.

Müqəddəs Ramazan ayında sionistlər Bab əl-Əmud bölgəsinə və Məscidül-Əqsa yaxınlığındakı həyətlərə soxularaq, oruc tutan fələstinlilərə gözyaşardıcı qazla hücum etmiş və onlara ağır şəkildə zərbələr endirmişlər.

Məlumata görə, minlərlə yəhudi, işğalçı rejim qoşunlarının dəstəyi ilə Məscidül-Əqsaya və Bab əl-Əmud qapısına hücum etmişlər. Rəsmi mənbələrə görə, sionistlərin fələstinlilərə qarşı hücumları müqəddəs Ramazan ayında daha da artmışdır.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq