Əfqanlar yerə basdırdıqları araqları çıxarır!!

Qafqaztimes.com AiF-ə istinadən xəbər verir: Bu günlərdə AiF-in Əfqanıstanda səfərdə olan müxbiri Georgi Zotov ölkədəki vəziyyət barədə ətraflı məlumat verib…

Bəli, Talibanın gəlişindən qorxuya düşmüş əfqan xalqı bu gün özünü daha rahat hiss edir.  Sürücülərlə söhbətdən aydın olub ki, amerikayönlü Əşrəf Qəni hökuməti zamanı sürücülük vəsiqəsi rüşvətlə, bir ilə verilib. Hazırda rüşvətxor məmurlar özlərini yığışdırıb, rüşvət tələb edən yoxdur. Belə bir qorxu var ki, qanunu pozanın boynu vurulacaq.

Ötən 20 ildə bütün şəhərlərdə cinayətkar ünsürlər meydan sulayıb. Sadə xalq incidilib, soyğunçuluq halları çox olub. Taliban gələndən küçə və meydanlarda bir qoluzorlu görünmür. Ticarətlə məğul olanlar da hazırkı durumdan razıdır. Kabilin mərkəzindəki marketin sahibi deyir ki, Taliban gələndə qorxudan evdəki araqları torpağa basdırmışdım. Daha çıxarıb içmək olar, Taliban əvvəlki Taliban deyil!

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib