Əfqanıstan Şiə Alimləri Şurası: Tələblərimiz qəbul ediləcəyi təqdirdə Talibanla yeni hökumətdə əməkdaşlıq etməyə hazırıq

Qafqaztimes xəbər verir ki, Əfqanıstan Şiə Alimləri Şurası, 23 Sentyabr çərşənbə axşamı günü Kabildə keçirilən toplantıda, ölkədə müxtəlif etnik qrupların, dinlərin və məzhəblərin iştirakı ilə yeni bir hökumət qurulmasını tələb edib.

Sabiq Mühacirət Naziri Seyid Hüseyn Alimi Bəlxi tərəfindən oxunan açıqlamada bildirib ki, müxtəlif qruplarla razılaşdırılan hərtərəfli bir hökumətin yaradılması, bir tərəfdən, Əfqanıstanın problemlərinin həll edilməsinə, digər tərəfdən isə bütün qruplardan seçilmiş mütəxəssislərin yeni hökumətdə iştirakı quruculuq işlərində, xalqa xidmət sahəsində yardım etmiş olacaqdır.

AVA -nın verdiyi məlumata görə, Bəlxi görüşdə bunları söyləyib,: “Əfqanıstan Şiə Alimləri Şurası, qanuni tələbləri yerinə yetiriləcəyi təqdirdə yeni bir hökumət qurmaqda Talibanla əməkdaşlıq etməyə hazırdır.”

Bu şura, yeni hökumətin qurulmasından sonra, bütün vətəndaşların ayrı -seçkilik edilmədən səs vermək və seçilmək hüququna malik olması üçün seçkilərin keçirilməsi istiqamətində səylər göstərilməli olduğunu bildirib.

Əfqanıstan Şiə Alimləri Şurası həmçinin Ali Məhkəmə Şurasının formalaşmasında məzhəblər nəzərə alaraq, Cəfəri fiqhi üçün xüsusi məhkəmələr qurmaq, şəriət qanunlarına əsasən qadınların və uşaqların hüquqlarının qorunması, təhsilin təmin edilməsi, din və vicdan azadlığının qorunması istiqamətində addımlar atılmasına təkid edib.

Related posts

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik

Rafael Qrossi Fordo və Nətənzdə

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!