İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

İraq İslami Müqavimət Hərəkatı bəyanat yayaraq sionist rejimin həyati Bəhrül Məyt mövqeyinə 3-cü dəfə hücum etdiyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqavimət Hərəkatı bu gün (3 may) bəyanat yayaraq elan edib: İşğalçı sionist rejimlə mübarizəmizin davamında Qəzzə xalqına dəstək və İsrail rejiçinin fələstinlilərə qarşı amansız cinayətlərinə cavab məqsədilə onların Bəhrül Məyt mövqeyinə 3-cü dəfə hücum etdik.

Dünən (2 may) axşam da İraq İslami Müqavimət Hərəkatı 2 bəyanat yayaraq Mossada bağlı Gilvut hərbi mərkəzinə hücum etdiyi barədə məlumat vermişdi.

İraq İslami Müqavimət Hərəkatının digər bir bəyanatı sionist rejimin işğal olunmuş ərazilərdəki Biirul Səb`dəki  Kruz raketi ilə hücumla əlaqədar idi.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı