İnformasiya qaynaqları Yəməndən İsrailə doğru raket atıldığını, bu zaman mərkəzi bölgələrdə və İordan çayının qərb sahilində xəbərdarlıq sirenlərinin səsləndiyindən xəbər verirlər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, sionist rejim ordusu bu gün (27 may) Yəmən ərazisindən işğal olunmuş ərazilərə doğru raket atdığını elan edib.
Hücumdan sonra İsrailin mərkəzi və İordan çayı qərb sahilinin bəzi yaşayış məntəqələri də daxil olmaqla bir neçə bölgədə xəbərdarlıq sirenləri səslənib.
İsrail ordusu müdafiə sistemlərinin raketin qarşısını almağa çalışdığını da deyib.