Yəmən Silahlı Qüvvələri sionist rejimin işğal altındakı Yafa şəhərində yerləşən Lod (Ben Qurion) hava limanına qarşı iki ballistik raketlə hücum həyata keçirdiklərini bəyan edib. Raketlərdən biri “Fələstin-2” tipli hipersəs raketi, digəri isə “Zülfüqar” olub. Açıqlamaya görə, raketlərdən biri hava limanını birbaşa vurub və sionist rejimin hava hücumundan müdafiə sistemləri bu hücumu dəf edə bilməyib.
Qəzzada davam edən soyqırıma etiraz və fələstinlilərə dəstək məqsədilə həyata keçirilən bu əməliyyat nəticəsində hava limanında aviasiya hərəkəti dayandırılıb, milyonlarla sionist müvəqqəti sığınacaqlara çəkilməyə məcbur olub.
Yəmən Ordusu bildirib ki, Lod Hava Limanına gedən və oradan qalxan bütün uçuşlara qadağa qüvvədə qalır və bütün hava yollarına bu istiqamətdə fəaliyyəti dərhal dayandırmaq xəbərdarlığı edilib.
Sionist rejimin əl-Hudeydə şəhərinə hücumuna cavab olaraq, Yəmən qüvvələri Hayfa limanını da hədəf siyahısına əlavə etdiklərini elan edib və bu limanla əməkdaşlıq edən bütün tərəflərə xəbərdarlıq göndərib.
Yəmən Ordusu bəyanatını bu sözlərlə yekunlaşdırıb: “Yəmən xalqı yalnız Allaha güvənərək Qəzzanın izzət, şərəf və fədakarlığına dəstəyini davam etdirəcək — mühasirə qaldırılana və təcavüz bitənə qədər. Cinayətkar düşmən yeni zərbələrə hazır olsun.”