QafqazTimes xəbər verir ki, Əl-Məyadin telekanalı yəmənli mənbələrə istinadən bildirib ki, Yəmən nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı arasında Oman vasitəçiliyi ilə aparılan danışıqlar hələ də davam edir və hələlik heç bir razılaşma əldə olunmayıb.
Bu mənbələrə görə, danışıqlar atəşkəsin uzadılması məsələsi və humanitar məsələlərlə məhdudlaşır. Oman vasitəçiliyi ilə aparılan danışıqlarda və mübadilə edilən mesajlarda irəliləyişlər əldə olunub və əgər ikitərəfli razılaşmaya səbəb olarsa, açıqlanacaq.
Danışıqların və razılaşmanın uğuru ilə bağlı nikbinlik ifadə edən bu mənbələr bir çox təkliflərin edildiyini və tərəflərin onların bəzi hissələrini nəzərdən keçirərək rədd etdiklərini və ya qəbul etdiklərini bildiriblər.
Bu hesabata görə, Ər-Riyad Yəmən böhranının həlli üçün ABŞ və Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş mərhələli yol xəritəsi hazırlayıb. Bu, Səna hava limanının yenidən açılması və Yəmənə qarşı tətbiq edilən blokadanın yumşaldılması planlarını da əhatə edib. Xatırladaq ki 2022-ci ilin oktyabr ayının əvvəlində Yəməndə BMT-nin nəzarəti altında olan atəşkəs altı aydan sonra sona çatıb.
Bununla bağlı “Əl-Əxbar” qəzeti də yəmənli mənbələrə istinadən Səudiyyə Ərəbistanı və Yəmənin bu ölkədə atəşkəsin uzadılmasına dair razılığa gəldiyini bildirib. Təbii ki, bunun üçün Ər-Riyad humanitar məsələlərdə və hər şeydən əvvəl maaşların verilməsində Sənanın tələblərini qəbul etməlidir.