Yəmən Ali Siyasi Şurası ölkəsinin Fələstin xalqına dəstəyini davam etdirəcəyini vurğulayaraq İranın da fələstinlilərin azadlığı uğrunda səylərinin təqdirəlayiq olduğunu deyib.
Qafqaztimesin xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Yəmən Ali Siyasi Şurası bu gün (20 yanvar) Qəzzə zolağında atəşkəs razılaşmasının icrası barədə bəyanat yayaraq elan edib: Qəzzədə atəşkəs razılaşmasının icrasına tam diqqətlə nəzarət edəcək, sionist rejimin ən kiçik təcavüzkarlığını özümüz cavablandıracağıq. Atəşkəs razılaşması Fələstin xalqı və müqavimət dəstələri üçün böyük bir qələbədir. Bu qələbə Əl Əqsa Tufanı əməliyyatını başladan Həmas və İslami Cihad Hərəkatı ilə yanaşı bütün Fələstin xalqının möhkəm iradəsindən mənşələnir.