QafqazTimes xəbər verir ki, Yəmənin Milli Qurtuluş Hökumətinin Baş naziri Əbdül Əziz Bin Həbtur çərşənbə axşamı vurğulayıb ki, ölkə heç bir şəraitdə neft və qaz ehtiyatlarının müsadirə edilməsinə icazə verməyəcək.
Bin Həbtur ölkəsinin əl-Məsirə xəbər telekanalına deyib: “Biz Yəmən xalqının maraqlarını və resurslarını müdafiə etmək üçün haqqımızdan istifadə edəcəyik. Təcavüzkar koalisiyasının muzdluları Yəmən xalqının sərvətini oğurlayır. Bu muzdlular Yəmənin neft və qaz gəlirlərindən 14 milyard dollardan çox pulu talayıb və Səudiyyə Ərəbistanının Milli Bankına yatırıblar.
O, Yəmən neftini oğurlamağa çalışan xarici neft tankerinə dünənki xəbərdarlıq hücumuna aydınlıq gətirərək deyib: Növbəti dəfə gəmilərə xəbərdarlıq etməyəcəyik, birbaşa hədəfə alacağıq. Bütün dünya bilməlidir ki, biz xalqımızın acından ölməsinə icazə verməyəcəyik və onlar (Səudiyyə və Amerika koalisiyası) Yəmənin sərvətlərini talayırlar.
Yəmənin baş naziri sonda xarici şirkətlərə deyib: Əgər onlar maliyyə məbləğlərini Mərkəzi Banka təhvil vermək üçün Səna ilə razılaşmasalar, atəş və güllə ilə qarşılanacaqlar.
Dünən günorta saatlarında xəbər mənbələri Həzrəmövt əyalətinin mərkəzi Makla şəhərinin şərqində yerləşən Əl-Dəbbə limanında partlayışın baş verdiyini bildirib. Yerli mənbələr pilotsuz təyyarənin Əl-Dəbbə limanını hədəf aldığını bildiriblər. Bu hücum xarici neft tankerinin daxil olmasından cəmi bir neçə saat əvvəl baş verib.
Bu mənbələr ABŞ-ın Yəmən neftini talamaq üçün növbəti cəhdinin uğursuzluğa düçar olduğunu bildirərək qeyd ediblər ki, bu tanker oğurlanan iki milyon barel xam neft yükünü Avropa bazarlarına daşımaq niyyətində imiş.