Yəmən Xarici İşlər Nazirliyi:
Ənsarullah Hərəkatının adının ABŞ tərəfindən qondarma terror qrupları siyahısına daxil edilməsini pisləyirik.
Bu hərəkət bütün Yəmən xalqını və bu ölkənin Fələstin xalqına dəstəyini hədəfə alır və ABŞ-ın hazırkı hökumətinin qəsbkar sionist rejimə qarşı dəstəyinin miqyasını göstərir.
Amerika onun siyasətinə və diktəsinə, zorakılığına qarşı çıxanların hamısını terrorçular siyahısına salmağa və onlara sanksiya tətbiq etməyə öyrəşib.
Qəzzada, Livanda, İraqda, Suriyada, Əfqanıstanda və digər ölkələrdə əli dinc əhalinin qanına bulananlar beynəlxalq terror siyahısına salınmalıdır.
Yəmənə hücum 2015-ci ildə Vaşinqtondan elan edilib və bu ölkənin iştirakı ilə həyata keçirilib. Səna Qəzzaya dəstək mövqeyini açıqladıqda, ABŞ da onu bu mövqedən yayındırmaq üçün Yəmənə qarşı təzyiq siyasətini həyata keçirdi.
Bu cür hərəkətlər Yəmənin Qəzza xalqını dəstəkləməkdə öz prinsipial mövqeyinə daha da sadiq qalmasına səbəb olacaq.
Qafqaztimes